Koenigsegg Agera RS 457 km/saat həddinə qədər sürətlənib.

Bir müddət bundan öncə Koenigsegg şirkəti yeni sürət rekorduna imza atdığını bəyan etmişdi. Koenigsegg Agera RS superkarı Nevada ştatındakı Pahramp qəsəbəsinin yaxınlığındakı şossedə 457 km/saat həddinə qədər sürətlənmışdı. Bu gün isveçlilər bunu təsdiq edən videoçarxı yayıblar.

Xatırladaq ki, dünya rekordunun qeydə alınması üçün, avtomobil əks istiqamətlərdə iki yürüş edib. Onların birində hiperkar 437 km/saat, ikincisində isə 457 km/saat həddinə sürətlənib. Alınmış ortalama 447 km/saat sürəti seriya yol avtomobilləri üçün rekord göstərici kimi qeydə alınıbdır. Rekord yürüşü üçün istifadə edilən hiperkar gücü artıran opsional dəst ilə təchiz edilibdir. Bu dəst 5,0-litrlik iki turbokompressorlu V8 mühərrikinin gücünü 1360 at qüvvəsinə, fırlanma anını isə 1371 Nm-ə artırmağa imkan verir.

Yürüş zamanı avtomobili Koenigsegg şirkətinin test-pilotu Niklas Lilya idarə edib. Elə həmin gün, Koenigsegg Agera RS hiperkarı 0-400-0 km/saat tapşırığı üzrə öz rekordunu yeniləyib. Əvvəllər 36,44 saniyə zamana imza atan hiperkar, bu dəfə 33,29 saniyə zamanı qeydə alıb.

Buna qədər yol avtomobilləri üzrə sürət rekordu 435,31 km/saatla Hennessey Venom F5 superkarına məxsus olub.

ДРУГИЕ СТАТЬИ