Aston Martin Valkyrie hiperkarlarından birinin rənglənməsi üçün "ay tozundan" istifadə ediləcəkdir. "Ay tozu" Karosserie Lunar Red adını almış rəngin başlıca elementlərindən biri olmalıdır.

Bu barədə xəbəri bir neçə eksklyuziv superkar sahibi olan Lamborghiniks adlı Instagram istifadəçisi bildirib. Həmin şəxs hətta Aydan gətirilmiş daşı satın alıb. Bu daş parçalanaraq xüsusi boyanın hazırlanması üçün istifadə ediləcəkdir. Valkyrie hiperkarı kosmosdan gətirilmiş materialdan düzəldilmiş boya ilə rənglənən ilk avtomobil olacaqdır.

Valkyrie hiperkarı 6.5-litrlik atmosfer tipli V12 mühərriki və yeddi pilləli Ricardo transmissiyası ilə təchiz ediləcəkdir. Bu tandem sayəsində hiperkar 320 km/saat sürətini 10 saniyəyə toplayacaqdır. Bu sürətdən tam dayanmağa isə hiperkara beş saniyə tələb olunur. Hiperkarın karbon monokoku kompozit materiallar sahəsində ixtisaslaşmış Multimatic şirkəti tərəfindən istehsal ediləcəkdir. Xorvatiyadan olan Rimac firması xüsusi akkumulyatorlar dəstinin, Red Bull Racing isə karbonplastik şassinin buraxılmasına cavabdeh olacaqdırlar. Britaniyadan olan Wipac firması işıqdiodlarından olan fənərləri istehsal edəcəkdir. Alcon və Surface Transforms əyləc mexanizmlərini, Bosh şirkəti isə elektronika və təhlükəsizlik sistemlərini çatdıracaqdırlar.

Ümumilikdə 175 ədəd hiperkar buraxılacaqdır ki, bunun da 25 nüsxəsi trekdə istifadə üçün yararlı olacaqdır. Hər birinin qiyməti təxmini üç milyon avro təşkil edən adi yollar üçün nəzərdə tutulmuş avtomobilllər artıq sahiblərini tapmışdırlar.