Ford şirkəti yenilənmiş Ka+ şəhər avtomobilini təqdim edib. Təchizatı genişləndirilmiş hetçbekin model xəttində “bütün yollar” üçün olan modifikasiya da peyda olub.

Ford Ka+ Active adlandırılmış modifikasiya adi hetçbeklərdən 23 millimetr artırılmış klirensi,  təkər tağlarının və kandarların plastik müdafiəsi, damdakı relinqlər, xüsusi dizaynlı 15-düymlük təkər diskləri və yenidən tənzimlənmiş asqısı ilə fərqlənir.

Ka+ modelinin mühərrik çeşidinə 70 və ya 85 at qüvvəli 1,2-litrlik üç silindrli benzin mühərrikləri və 95 at qüvvəli 1,5-litrlik dizel güc aqreqatı daxildir. Bütün aqreqatlar beş pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Modelin təchizatına 6,5-düymlük sensorlu ekranı olan və Aplle CarPlay və Android Auto əlavələrini dəstəkləyən  Ford SYNC3 multimedia sistemi, yoxuşa qalxma üçün yardımçı sistem, avtomobilin bir sira funksiyalarını məhdudlaşdıran (məslən sürət həddini və ya audiosistemin səs yüksəkliyini) Ford MyKey funksiyası daxildir.

Yenilənmiş Ford Ka+ modelinin Almaniyadakı satışlarına bu ilin sonunda başlanacaqdır. Avtomobilin minimum qiyməti 9990 avro təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt