Tesla şirkətinin rəhbəri İlon Mask özünün Twitter sosial şəbəkəsindəki səhifəsində Roadster sportkarının növbəti fotoşəklini yayıb. Bu avtomobilin özəlliyi ondan ibarətdir ki, o kosmosa göndəriləcəkdir.

Tesla Roadster modelinin içərisində başında dəbliqə, əynində kombenizon olan maniken oturacaqdır.  Eyni zamanda, avtomobilin ön panelində rodsterin kiçildilmiş variantı da quraşdırılacaqdır. Avtomobilin raketin içində kosmosa buraxılacağı barədə ilk məlumat  keçən ilin dekabrında meydana çıxmışdır. O zaman Mask tvitterində yazmışdır: “Yeni raketlərin test buraxılışı zamanı onların içinə kütləni təqlid edən beton və polad bloklar qoyulur. Bu çox cansıxıcı olmalıdır. Əlbəttə, hər şey cansıxıcı ola bilər, bu səbəbdən də biz nə isə qeyri-adi bir şey göndərmək istədik”. Avtomobil kosmosa Devid Bouinin Space Oddity mahnısının müşayəti ilə göndəriləcəkdir.

Tesla Roadster Falcon Heavy raketinin içində olacaqdır. Raket 6 fevralda Floridadan buraxılacaqdır.

Image alt Image alt