Skoda şirkəti Tesla Roadster elektrokarının Falcon Heavy raket-daşıyıcısında Marsa göndərilməsinə parodiya hazırlayıb. Şex istehsalçısı Superb liftbekini Günəş sisteminin ölçüsünə görə yeddinci planeti ilə eyni adı daşıyan yaşayış məntəqəsinə yollayıb.

Videoçarxda Tesla elektrokarının Marsa göndərilməsinə işarə vuran bir neçə eyham vardır. Elektrokarın multimedia sisteminin displeyində Don’t Panic (Təşvişə düşmə) sözləri yazılıbsa, Marsa gələn Skoda modelinin multimedia sisteminin displeyində Don’t Panic Elon! (təşvişə düşmə İlon!) kəlməsi görünür.

Tesla Roadster modelinin Mars isitqamətində buraxılışı fevral ayının əvvəllərində baş verib. Bununla belə, Skoda Superb modelindən fərqli olaraq Roadster Marsa çatmayacaqdır. Elektrokar “Qırmızı” planetin yanından ötərək Mars və Yupiterin orbitalarının arasında olan asteroid qurşağına yönələcəkdir.