Ferrari hər avtomobildən 69 min avro qazanır

Bu ilin birinci yarısının nəticələrinə görə, Ferrari ən gəlir gətirən marka olub. İtalyan istehsalçısı hər satılan avtomobildən 69 min avro gəlir əldə edib. Müqayisə üçün, Jaguar Land Rover qrupunda bu rəqəm 800 avro təşkil edib. Bu barədə məlumatı alman professor Ferdinand Düdenheffer dərc edib.

Professorun təqdiqatlarında alman premium markaları arasında ən gəlirlisiniun Porsche olduğu bildirilir. Şirkət hır satılan avtomobildən 17 min avro gəlir əldə edir. Audi, BMW və Mercedes-Benz isə, təxmini olaraq hər satılan avtomobildən 9 min avro qazanır. Maserati şirkətinin gəliri 5 min avrodur. İstehsalçılar arasında zərər edənləri də vardır. Məsələn, hər satılan Bentley avtomobili britaniya şirkətinə 17 min avro zərər gətirir ki, bunlar da elektrik güc aqreqatlarının və texnologiyalarının inkişafına yönəldilən kifayət qədər ciddi sərmayələr ilə izah edilir. Eyni zamanda, Tesla har satılan avtomobildə 11 min avro itirir.

Keçən il Bloomberg agentliyinin apardığı tədqiqatlarda da bənzər nəticələr əldə edilmişdir. Həmin zaman da əməliyyat gəlirləri üzrə liderlər Ferrari və Porsche şirkəti olmuşdur.

ДРУГИЕ СТАТЬИ