Isuzu şirkəti Concept X adlı konseptual ofrouderi nümayiş etdirib. Konseptual ofrouder iki variantda təqdim olunub: pikap və bağlı kuzovla. Prototipin ən maraqlı xüsusiyyətləri müstəqil ön və çoxqollu arxa asqı, yüksək klirens və idman əyləcləridir. Konseptin seriyaya gedəcəyi barədə məlumat verilməyib.

Isuzu Concept X prototipi D-Max modelinin bazasında inşa edilib. Prototpin qabarit uzunluğu 5500 millimetr, eni - 2150 millimetr, hündürlüyü isə 2100 millimetrdir. MU-X modelinin bazasında inşa edilən bağlı kuzovlu avtomobil pikapdan 500 millimetr qısa, 50 millimetr ensiz və 50 millimetr hündürdür. Prototipin klirensi 370 millimetr təşkil edir. Avtomobilin giriş-çıxış bucağı, müvafiq olaraq, 49,7 və 38,5 (baglı kuzovlu modeldə 37,3) millimetrdir.

Ofrouderlər 177 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 3,0-litrlik 4JJ1 Hi-Power dizel mühərriki ilə təchiz edilirlər. Güc aqreqatı altı pilləli Aisin avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Concept X modelinin təchizatına öndə altı, arxada isə dörd porşenli TBS Racing əyləc mexanizmləri, təkər tağlarının poladdan hazırlanmış genişləndiriciləri, kandar və bamperlərin  müdafiəsi, həmçinin dartma gücü 4,5 ton olan iki bucurqad daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt