Gələn il özünün 100 illik yubileyini qeyd edən Bentley şirkəti Centenary (“Yüzillik”) adlı xüsusi tərtibat dəstini anons edib. Bu dəst dəbdəbəli britaniya markasının bütün avtomobilləri üçün əlçatan olacaqdır.

Bu dəsti 1 yanvar – 31 dekabr 2019-cu il tarixində Kryudakı zavodda istehsal edilən bütün avtomobillər əldə edəcəkdir. Centenary tərtibatının seçilən xüsusiyyətləri xüsusi işarə və emblemlər, oturacaqların və salonun unikal tərtibatı, eksklyuziv tikişlər, naxışlar və digər xüsusi elementlər olacaqdır. Bentley şirkətindən 2019-cu ildə yığılan hər bir avtomobilin “kolleksiya predmeti” olacağını da bildiriblər.

Bu avtomobillərin sahiblərinə yubiley seriyasından olan modelə malik olduqlarını kapotun, kandarların, təkər disklərinin, açarların, sükanın və ötürmələr qutusunun dəstəyinin üzərində bərkidiləcək  və üzərlərində “1919-2019” sözləri həkk edilmiş xüsus emblem və lövhəçiklər xatırladacaqdırlar.

Əlbəttə ki, unikal salamlama işığı da olacaqdır.

Xatırladaq ki, bir müddət bundan əvvəl Bentley şirkəti əsirlik yubileyə həsr edilmiş 100 ədəd xüsusi Mulsanne W.O.Edition sedanlarını buraxacağını bəyan etmişdir.

Hər bir avtomobilin salonunda U.O. Bentlinin şəxsi avtomobili olan Bentley 8 Litre modelinin dirsəkli valının bir hissəsi yerləşdiriləcəkdir.

Bundan başqa, öz yubileyi şərəfinə Bentley şirkəti markanın tarixi və gələcəyi barədə məlumat verən “Bentley Centenary Opus” adlı kitabı da buraxacaqdır. Çəkisi 30 kiloqram olan kitab üç versiyada – Mulliner, Centenary və Crewe variantıda buraxılacaqdır. Adlarından da göründüyü kimi, kitablar Mulliner tüninq atelyesinə, 100 illik yubileyə və Bentley şirkətinin zavodu yerləşən Kryu şəhərinə həsr ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt