Növbəti nəsil Mitsubishi Lancer sedan deyil, krossover olacaq

Mitsubishi Motors şirkəti Lancer adını yenidən istifadə etmək niyyətindədir. Lakin, bu dəfə bu ad sedan və ya hetçbek modelinə deyil, krossoverə qismət olacaqdır. Bu barədə yapon istehsalçısının rəhbərliyinə istinadən “Auto Express” nəşri məlumat yayıb.

Ehtimallara görə, yeni Mitsubishi Lancer C seqmentinin tərkib hissəsi olaraq qalacaq və onun əsasını Renault-Nissan alyansının CMF modul platforması təşkil edəcəkdir. Bununla belə, istehsalçının rəhbərliyi model haqqında heç bir texniki məlumat verməyib.

Yeni Mitsubishi Lancer modelinin hybrid güc qurğusuna və tam ötürməli çəkiş sisteminə sahib olacağı gözlənilir. Markanın şef-dizayneri Tsunehiro Kunimoto yeni Lancer modelinin 2017-ci ildə Tokyo avtosalonunda nümayiş etdirilmiş e-Evolution konseptinə bənzəyəcəyini də bildirib.

ДРУГИЕ СТАТЬИ