Nissan şirkətinin Hindistan bölməsi Kicks yığcam krossoverinin tizerini dərc edib. Xatırladaq ki, eyni adlı model Braziliya, Meksika və Çində istehsal edilir.

Lakin, Hindistan üçün buraxılacaq model Duster modelinin şassisində inşa ediləcək və Çində satılan avtomobildən daha iri ölçülərə malik olacaqdır.

Avtomobil qlobal Nissan Kicks modelinə xas olan dizayn üslubunu qoruyub saxlayacaqdır. Bununla belə, iki model arasında fərqlər də olacaqdır. Bu fərqlər bamper və fənərlərin formasından ibarət olacaqdır. Nissan nümayəndələri alıcıları Hindistan üçün buraxılacaq Kicks modelinin qlobal krossoverdən iri olacağını əmin ediblər.

Üstəlik, “hindli” Kicks modelinin texniki hissəsi də fərqli olacaqdır. Model Renault Duster modelinin əsasını təşkil edən B0 platforması ilə yanaşı 1,5-litrlik benzin və dizel mühərriki, həmçinin beş pilləli mexaniki transmissiya və ya variator ilə təchiz ediləcəkdir.  Tam çəkiş sistemi olmayacaqdır.