Dodge şirkəti yenilənmiş Charger SRT Hellcat modelinin tizerini dərc edib

Dodge şirkəti yenilənmiş Charger SRT Hellcat sedanının ilk təsvirini yayıb. Dərc edilən şəkildə avtomobilin ön hissəsini, o cümlədən ön fənərin yanında yerləşən hava girişini görmək mümkündür.

Şirkətin dizaynerlərinin fikrinə görə, bu və digər dizayn elementləri avtomobilə daha aqressiv görünüş bəxş etməlidir.

Bununla belə, istehsalçı avtomobilin məruz qaldığı texniki dəyişikliklər barədə heç bir məlumat verməyib. Restaylinqdən öncəki Dodge Charger SRT Hellcat sedanı 717 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriki ilə hərəkətə həlir.

Yerindən 100 km/saat həddinə “bərkgedən” sedan 3,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 328 km/saatdır.

ДРУГИЕ СТАТЬИ