Lyuis Həmilton Marina Bay’da keçirilmiş yarışda qalib gələrək bu mövsümdəki yeddinci qələbəsini əldə edib. Maks Ferstappen yarışı ikinci, Sebastyan Fettel isə üçüncü olub. Startda alman pilot Ferstappeni keçsə də, yanlış strategiya nəticəsində yerini itirib.

Lyuis Həmilton yarışı yaxşı başlayıb. Liderliyini qoruyub-saxlayan britaniyalı pilot yalnız bir dəfə liderliyini Maks Ferstappenin hücumlarından qorumaq məcburiyyətində qalıb. Maksın hücum şansı Həmiltonun dövrəvi pilotları ötməsi zamanı yaranıb. Lakin, yarışın startı Racing Point Force India pilotlarının toqquşması ilə yadda qalıb - Serxio Peres onu ötməyə cəhd edən Esteban Okonu divara «yapışdırıb». Bu hadisə trekə təhlükəsizlik avtomobilinin çıxamsına səbəb olub. Restartda Həmilton lideliyini qoruyub.

Bu Serxionun Sinqapurda  yeganə qəzası olmayıb. Üstəlik, Serxio ikinci yerin də taleyini həll edən pilot olub. 14-cü dövrədə pit-stopa yollanan Sebastyan Fettel pit-stopdan sonra Peresin arxasında ilişib. Bu üç dövrə sonra pitə yollanmış Maks Ferstappenə Fettelin önündə çıxmağa imkanı verib. Serxio pit-stopdan Sergey Sirotkinin arxasında çıxıb. Sergeyi keçməyə cəhd edən Peres sonunda avtomobili rusiyalı pilotun bolidinə tərəf yönəldib. Nəticədə meksikalı hakimlərdən pitdən keçmə cəzasını alıb.

SuperSoft şinlərinə keçən Fettel Ferstappenə çatmaq şansını itirib və hətta yarışın sonunda onun bolidinin tempi düşüb. Nəticədə Fettel Həmiltondan 40 saniyə sonra finiş xəttini keçib.

Qeyd etmək lazımdır ki, ilk altılıq finişi start düzlüşündəki ardıcıllıqla keçibdir. Fernando Alonso yeddinci, Karlos Sayns səkkizinci olub. Gələn mövsümdə Ferrari komandasında Rəykkoneni əvəz edəcək Şarl Lekler isə doqquzuncu olub. İlk onluğu Niko Hülkenberq tamamlayıb.

Sinqapurdakı qələbəsindən sonra Lyuis Həmilton əsas rəqibi olan Sebastyan Fetteli 40 xal qabaqlayır. Formula 1 çempionatının növbəti mərhələsi 30 sentyabr tarixində Soçidə keçiriləcək Rusiya Qran Prisi olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt