Hennessey 1027-qüvvəli Jeep Grand Cherokee modelinin videosunu yayıb

Texasda yerləşən məşhur Hennessey atelyesi 1027 at qüvvəli Jeep Grand Cherokee Trackhawk ofrouderinin 60 mil/saata (96 km/saat) sürətlənməsi və dörddə bir dreq məsafəsini qət etməsi barədə videoçarxı yayıb. Videoçarx tünerin YouTube kanalında dərc edilib.

Videoçarxda ofrouderin 60 mil/saat həddini 2,7 saniyəyə topladığı bildirilir. Bu əvvəllər Hennessey tərəfindən bəyan edilən rəsmi məlumatdan 0,1 saniyə yeyindir. Dörddə bir mili (402 metri) isə avtomobil 10,7 saniyəyə qət edib və məsafənin sonunda onun sürəti 212,4 km/saat olub. Bununla belə, amerikalılar avtomobilin dreq məsafəsində ).2 saniyə daha yeyin olacağını iddia edirlər.

1027 at qüvvəli Jeep Grand Cherokee Trackhawk ofrouderinin lahiyəsini amerkan tüneri keçən ilin payızında təqdim edib. Avtomobil Hennessey kompressoru olan 6,2-litrlik səkkiz silindrli mühərrik, tamamilə dəyişdirilmiş yanacaq sistemi, yeni buraxılış, təkmilləşdirilmiş asqı, həmçinin yenidən proqramlanmış idarəetmə elektronikası ilə təchiz edilir.

Xatırladaq ki, adi Jeep Grand Cherokee Trackhawk 717 at qüvvəli V8 Hellcat mühərriki ilə təchiz edilir. Avtomobil 60 mil/saat (96 km/saat) həddinə 3,5 saniyəyə sürətlənir. 402 metrlik məsafəni isə qət etməyə ofrouderə 11,6 saniyəyə gərəkdir.  

ДРУГИЕ СТАТЬИ