Mercedes-Benz Fransada elektromobil yığacaqdır

Daimler AG konserni ilk dəfə olaraq Mercedes-Benz markasından olan yığcam avtomobilin istehsalını Fransanın Ambaş şəhərində təşkil edəcəkdir. Zavodun modernlə.ririlməsinə və genişləndirilməsinə alman istehsalçısı 500 milyon avro sərmayə qoyacaqdır.

Bildiyimiz kimi, hazırda Ambaş şəhərində Smart For Two modelini və onun elektrik variantını istehsal edirlər. İstehsala gedəcək yeni modelin adı hələlik açıqlanmayıb. Böyük ehtimalla, bu keçən ilin payızında Frankfurtda nümayiş etdirilmiş EQA elektrik prototipinin seriya variantı olacaqdır. İlkin məlumata görə, bu yığcam avtomobil EQC krossoverindən sonra seriyaya getməlidir.

Mercedes-Benz EQA konseptində fənərlərində aktiv elementləri şüşəlifləri olan lazer tellərindən istifadə edilib. Onların dizaynı elektomotorun mis sarmasını, animasiyası isə, elektrik impulsunun keçişini xatırladır. Tam çəkişli elektromobil, hər oxda biri quraşdırılan iki elektrik mühərriki ilə təchiz edilir.

60 kilovat-saatlıq batareyalardan qidalanan elektik mühərriklərinin ümumi gücü 272 at qüvvəsi və 500 Nm təşkil edir. Elektromobilin yürüş məsafəsi 400 kilometrə bərabərdir. Mercedes-Benz Concept EQA konsepti naqilsiz qidalanmanı dəstəkləyir, həmçinin məişət elektrik şəbəkəsinə və ictimai stansiyalara qoşulmağı təmin edir.

ДРУГИЕ СТАТЬИ