Amerikan Mil-Spec Automotive (MSA) atelyesi Hummer H1 ofrouderinin trek variantını yaradıb. Bəli, məhz trek. Ofrouder tamamilə yeni asqıya, azaldılmış klirensə və təkmilləşdirilmiş mühərrikə malikdir.

Trek üçün nəzərdə tutulan ofrouderin əsasını 1987-ci ildə istehsal edilmiş yumşaq tavanlı dördqapılı Hummer H1 pikapı təşkil edib. 

Avtomobilin idarəetmə xarakteristikalarını yaxşılaşdırmaq üçün asqının həndəsi quruluşu tamamilə dəyişdirilmiş, sərt yayları olan və tənzimlənən dayaqlar quraşdırılmışdır. Pikapın klirensi də 179 millimetr azaldılıbdır. Ofrouderin əyləc sistemi altı porşenli supportlarla təchiz edilmiş, təkər disklərinə isə alçaq profilli Pirelli P-Zero şinləri geyindirilmişdir. Pikapın təchiz olunduğu 6,6-litrlik Duramax V8 dizeli ayrıca təkmilləşdirmələr dəstinə sahib olub. Nəticədə mühərrikin gücü 800 at qüvvəsinə, fırlanma anl isə 2034 Nm-ə qədər artırılıbdır.

Əslində avtomobil məhz  bu  aqreqatın sınaqdan çıxarılması və son təkmilləşdirmələri etmək üçün yaradılıbdır. MSA nümayəndəsi belə avtomobillərin müştərilərə təklif edilməyəcəyini də bildirib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt