Videoçarxdakı prototip qırmızı Guards Red rənginə boyanmış və 20-düymlük RS Spyder təkər diskləri ilə təchiz edilmişdir. Zahiri cəhətdən yeni avtomobil sələfindən daha enli görünür. Arxa hissənin dizaynı isə son Panamera və Cayenne modellərinin üslubunda tərtib edilibdir. Burada işıqdiodlarından hazırlanmış uzun zolaq ilə birləşdirilmiş nazik arxa fənərləri görmək olar.