Mazda6 yeni dizel mühərrikinə sahib olub

Mazda şirkəti yaponiya bazarı üçün nəzərdə tutulmuş yenilənmiş Atenza sedan və universalını təqdim edib. Bizim bazarda bu avtomobillər Mazda6 adı ilə satılır. Model yenilənmiş ön hissəyə və yeni dizel mühərrikinə sahib olub.

Yenilənmiş Mazda Atenza modelinin mühərrik çeşidinə 165 at qüvvəli 2,0-litrlik və 190 at qüvvəli 2,5-litrlik benzin mühərrikləri və 2,2-litrlik yeni dizel aqreqatı daxil edilibdir.

Dizel mühərriki 190 at qüvvəsi və 459 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, onun sələfi 175 at qüvvəsinə və 420 Nm fırlanma anına malik idi. Dizel güc aqreqatı beş pilləli mexaniki və ya altı diapazonlu avtomatik transmissiyalar ilə tandemdə çalışa bilər. Dizel modifikasiyası həmçinin tam çəkişli də ola bilər.

Digər yeniliklərin arasında başqa amortizatorları və saylentblokları olan təkmilləşdirilmiş asqı, Nappa dərisi ilə üzlənmiş oturacaqlar, interyerin yeni rəng tərtibat variantları və səkkiz düymlük ekranı olan multimedia sistemi vardır.

ДРУГИЕ СТАТЬИ