Morgan markası gələn il 110 illik yubileyini qeyd etməyə hazırlaşır.Bu münasibətlə Morgan şirkəti məhdud seriyadan olan modelləri təqdim edib. Bütün yeni modellər eksklyuziv təchizata malik olsa da, onların qiyməti dəyişilməz qalacaqdır.

Morgan Plus 4 və Morgan Roadster rodsterlərini yarış avtomobillərinin üslubunda hazırlanmış bamper və idman səsboğucu sistemi ilə təchiz edəcəkdirlər. Modellərin kapotlarını dəri qayışlar ilə bəzəyəcəkdirlər. 

Yubiley modellərinin rəng palitrası ilə Morgan dizaynerləri tərəfindən seçilmiş ən populyar çalar və variantlardan ibarət olacaqdır. Avtomobillərin salonunda dəri və yaxud ağacla örtülmüş Moto-Lita sükan çarxı, idman oturacaqları və xüsusi seriyanın loqotipləri quraşdırılacaqdır.

Üçtəkərli 3-Wheeler modeli qara rəngli təhlükəsizlik qövslərini, buraxılış sisteminin tündləşdirilmiş ekranını, kuzovun rəngində olan mühərrik örtüyünü və yeni boyanma variantlarını əldə edəcəkdir. Modelin qiyməti dəyişilməz qalır – 39486 funt-sterlinq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt