"Qaynar" Skoda Kodiaq RS krossoverinin sınaqlarına başlanıb

Skoda şirkətinin Kodiaq modelinin “qaynar” variantını buraxacağı artıq heç kim üçün sirr deyildir. Çex istehsalçısının rəhbərliyi Kodiaq RS modelinin hazırlanmasına çoxdan razılıq veribdir.

Bu günlərdə avtomobil aləminin forocəsusları Nürburqrinqdə sınaqları keçirilən və yüngül kamuflyaja malik olan Kodiaq krossoverinə rast gəliblər. İstehsalçı sınaqları keçirilən avtomobilin Kodiaq RS modeli olduğunu gizlətmirlər. Hər halda, avtomobilin nömrə bərkidilən yerində bərkidilmiş lövhə kamuflyajlı krossovein Skoda Kodiaq RS olduğunu ətrafdakılara bildirir.

“Auto Express” dərgisinin iddiasına görə, “qaynar” krossover 2,0-litrlik TDI mühərrikinin ən güclü variantı ilə təchiz ediləcəkdir. Hazırda belə mühərrik Kodiaqla eyni platformada inşa edilmiş Tiguan krossoverində quraşdırılır. Alman krossoverindəki mühərrik 240 at qüvvəsi və 500 Nm hasil edir. Çox güman ki, Skoda Kodiaq RS modelində bu rəqəmlər başqa olacaqdır.

ДРУГИЕ СТАТЬИ