Yon Olsson Rolls-Royce Wraith kupesini satışa çıxarıb

Niderlandda, dağ-xizək idmançısı və tüninq edilmiş avtomobillərin kolleksiyaçısı olan Yon Olssonun sifarişi ilə hazırlanmış Rolls-Royce Wraith kupesi satışa çıxarılıb. 812 at qüvvəsinə malik olan dəbdəbəli kupeni 275 min avroya satırlar.

Təkmilləşdirilmiş kupe Olsson tərəfindən bir il bundan öncə təqdim edilmişdir. Yonun sözlərinə görə o, Wraith kupesini özünün çoxdankı arzusunu həyata keçirmək üçün inşa edibdr. Sən demə, Olssonun arzusu Rolls-Royce avtomobilində bernaut etmək imiş. Satışa çıxarılan avtomobilin 13 min kilometr yürüş məsaəsi vardır.

Kupe 6,6-litrlik on iki silindrli biturbomotora, idman buraxılış sisteminə, həmçinin damda quraşdırılan baqaja və işıqdiodlarından “çilçırağa” malikdir. Bu avadanlıqalr dama maqnitlər vasitəsi ilə bərkidilir. Olssonun bütün avtomobilləri kimi bu kupe də kamuflyaj rənginə boyanıbdılr. 

ДРУГИЕ СТАТЬИ