AC Schnitzer M5 modelinin gücünü 700 at qüvvəsinə yüksəldib

Alman tüninq atelyesi olan AC Schnitzer firması yeni BMW M5 sedanı üzərində işləyib. Mühərrikin gücünün 700 at qüvvəsinə artırılması və yeni idman asqısı sayəsində Zaksenrinq avtodromunun qət edilməsi zamanı 4 saniyə azaldılıbdır.

AC Schnitzer atelyesi M5 sedanının 4,4-litrlik səkkiz silindrli iki turbokompressorlu mühərrikinin gücünü 600 at qüvvəsindən 700 at qüvvəsinə yüksəldiblər. Mühərrikin fırlanma anı da 750 Nm-dən 850 Nm-ə qədər artırılıb. Eyni zamanda, tünerlər avtomobili təkmilləşdirilmiş asqı sistemi ilə təchiz ediblər. M5 daha sərt asqıya və azaldılmış klirensə sahib olub.

Bundan başqa, “bərkgedən” sedanın aerodinamikası da təkmilləşdirilib: baqaj qapağında kiçik antiqanad, ön bamperdə isə splitter peyda olub. Üstəlik, M5 AC Schnitzer mütəxəssislərinin hazırladığı təkər disklərinə və ötürmələr qutusunun ölçüsü irilənmiş sükanaltı dəstəklərinə sahib olub. Təkmilləşdirilmiş avtomobili alman markasının zavod pilotu Yorq Müller sınaqdan çıxarıb. O, Zaksenrinqin 3,67 kilometrlik dövrəsini 3 dəqiqə 31,7 saniyəyə qət edib. Bununla Müller özünün standart M5 sedanında göstərdiyi zamanı 4 saniyə yaxşılaşdırıb.

Bir müddət bundan öncə, alman istehsalçısı M5 modelinin Competition Package dəstinə sahib olan variantını nümayiş etdirib. Bu variant 625 at qüvvəli mühərrikə malikdir.

ДРУГИЕ СТАТЬИ