Porsche 911 modelinin hər yeni nəslinin təqdimatı avtomobilsevərlər üçün xüsusi bir hadisəyə çevrilir. Məlum olduğu kimi, əfsanəvi sportkarın yeni nəslinin təqdimatı bu ilin noyabrında işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir.

Bu günlərdə yeni sportkarın kamuflyaja bürünmüş prototiplərini test etmək şansını "Autocar" nəşrinin jurnalistləri əldə ediblər. Həmkarlarımız bizimlə yeni 911 modeli haqqında əldə etdikləri məlumatlarla bölüşüblər. Beləliklə, yeni nəsil Porsche 911 modeli iki muftası olan səkkiz pilləli robotlaşdırılmış transmissiyaya, rəqəmsal cihazlar panelinə və tamamilə yeni interyerə sahib olub.

"Autocar" nümayəndələri sportkarın xarici görkəmində ciddi dəyişikliklər olmayacağını bildiriblər. Dəyişən göstəricilərdən biri sportkarın uzunluğu olacaqdır. Əsasən də avtomobilin ön hissəsi bir qədər uzun olmalıdır - bunun səbəbi piyadaların təhlükəsizliyini təmin edəcək qəbul edilmiş yeni sərt tələblərdir. Əlbəttə ki, yeni sportkar aktiv aerodinamikaya da sahib olacaqdır.

Yeni sportkar sələfinə bənzəsə də tamamilə yeni kuzova sahib olacaqdır. 996 seriyasından olan sportkarın buraxılması ilə qeyb olmuş kapot üzərindəki xəttlər də geri qaytarılıbdır. Bundan başqa, yeni sportkarı arxa fənərlər arasındakı işıqdiodlarından zolaq və iki şaquli zolağa malik olan üçüncü stop-siqnal sayəsində tanımaq olar.

Avtomobilin salonunda ciddi yeniliklər olacaqdır - ön panelin və mərkəzi tonnelin arxiekturası tamamilə yenidir, üstəlik mərkəzi tonneldə ötürmələr qutusunun coystiki peyda olubdur. Cihazlar paneli tamamilə rəqəmsal olacaqdır - yeganə istisna taxometrdir, - o əvvəlki kimi analoq göstəricilərinə malikdir.

Sportkarın 3,0-litrlik altı silindrli turbomühərriki yeni alüminiumdan hazırlanmış buraxılış kollektoruna və əlavə gücə sahib olub. Hazırda adi Carrera modelində mühərrik 370 at qüvvəsi, S-variantında isə 420 at qüvvəsi hasil edir. İlkin məlumata görə, yeni nəsil müvafiq olaraq 385 və 450 at qüvvəsinə malik olacaqdır.  Ən güclü kupe 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənəcəkdir. 

Yeni nəsil Porsche 911 ZF firması tərəfindən hazırlanmış iki muftalı səkkiz diapazonlu PDK "robotu" ilə təchiz ediləcəkdir. Artıq bu qutu yeni nəsil Porsche Panamera və Bentley Continental GT modellərində quraşdırılır.  Yeddi pilləli mexaniki qutu da əvvəlki kimi belə qutuların həvəskarlarına təklif ediləcəkdir. Bundan başqa, ön təkər izi genişlənəcək və tam idarələnən şassini ən sadə variantlara da quraşdırmaq mümkün olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt