Land Rover üçqapılı Range Rover Evoque modelindən imtina edib

Jaguar Land Rover qrupu Range Rover Evoque modelinin üçqapılı modifikasiyasından imtina etmək qərarına gəlib. Bu barədə markanın nümayəndəsinə istinadən “Autocar” dərgisi xəbər yayıb.

Üçqapılı krossoverin istehsalına son vermək qərarına onun kiçik həcmli satışları olub. Hazırda  üçqapılı Evoque modelinin satış həcmi beş faizə bərabərdir. Bununla belə, Evoque modelinin ən çox tələbat olan beşqapılı və  kabriolet modifikasiyalarının buraxılışı davam etdiriləcəkdir.

Xatırladaq ki, bir müddət bundan öncə, Evoque modelinin hibrid güc qurgusu ilə təchiz ediləcəyi bildirilmişdir. Evoque modelinin hibrid güc qurğusunun tərkibinə 1,5-litrlik benzin mühərriki, litium-ion akkumulyatorları, elektrik mühərriki və 48-voltluq elektrik sistemi daxil olacaqdır. 

Avtomobilin elektrik ötürməsi ilə qısa məsafə qət edəcəyi ehtimal olunur. Elektrik mühərriki, həmçinin, startyor rolunu da ifa edəcəkdir. İlkin məlumata görə, hibrid gwc aqreqat;na malik olan Range Rover Evoque modeli 2019-cu ildə işıq üzü görməlidir.

Jaguar Land Rover şirkəti 2020-ci ilə kimi, istehsal etdiyi bütün modellərin elektrik və hibrid güc qurğuları ilə təchiz edilmiş ekovariantlarının olacağını bildirib. Hazırda Range Rover modeli dizel mühərrikinin əsasında yaradılan hibrid qurğu ilə təklif edilir.

ДРУГИЕ СТАТЬИ