Skoda Kodiaq RS "Şimal ilgəyində" rekordu qeydə alıb

“Qaynar” Skoda Kodiaq RS krossoverinin prototipi yeddiyerlik krossoverlər üçün Nürburqrinqin “Şimal ilgəyinin” yeni rekordunu qeydə alıb. Sabina Şmitsin idarə etdiyi prototip dövrəni 9 dəqiqə 29,84 saniyəyə başa vurub.

Tam çəkişli krossover 239 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən dörd silindrli dizel turbomühərriki və robotlaşırılmış transmissiya ilə təchiz edilir. Gözlənilənlərə görə, yerindən 100 km/saat həddinə Skoda Kodiaq RS modeli 6,5 saniyəyə sürətlənəcəkdir.

Əvvəllər “qaynar” krossoverin 250 at qüvvəsi hasil edən 2,0-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəyi ehtimal olunurdu. Krossoverlər arasında Nürburqrinqin mütləq rekordu 510 at qüvvəli Alfa Romeo Stelvio Qudrifoglio modelinə məxsusdur. Keçən italyan krossoveri “Şimal ilgəyini” 7 dəqiqə 51,7 saniyəyə qət etmişdir.

ДРУГИЕ СТАТЬИ