BMW 8-Series modelinin prototipi qəzaya düşüb

BMW 8-Series kupesinin kamuflyajlı prototipi Landsxut şəhəri yaxınlığında ağır avtomobil qəzasına düşüb. Bavariya radiosunun bildirdiyinə görə, avtomobil şəhərkənarı avtobanda yoldan çıxaraq ağaclara çırpılıb. Nəticədə avtomobilin 53 yaşlı sərnişini həlak olub.

Qəza axşam saat 10-da Bonbruk və Bux şəhərlərinin arasındakı yolda baş verib. Avtomobilin sükanı arxasında 37 yaşlı sürücü-sınaqçı, sərnişin oturacağında isə onun sevgilisinin 53 yaşlı anası əyləşibmiş.  Avtomobil məlum olmayan səbəblərdən yoldan çıxaraq kənardakı ağaclara çırpılıb. Zərbə o qədər güclü olub ki, sərnişini avtomobildən çıxarmaq üçün xilasedicilər onun damını kəsməli olublar. Avtomobilin bütün təhlükəsizlik yastıqları ştat rejimində işə düşsə də, başından ağır zədələr alan qadın qəza yerində həlak olub. Sürücü sağ qalıb.

Landsxut şəhərinin prokurorluğu hadisənin istintaqına başlayıb. Avtomobil maddi sübut kimi götürülübdür.

ДРУГИЕ СТАТЬИ