İnternet şəbəkəsində Skoda Kodiaq GT modelinin yeni təsvirləri və avtomobil haqqında əlavə məlumat peyda olub. Artıq məlum olduğu kimi, Kodiaq GT modeli yalnız Çin bazarında təklif ediləcəkdir.

Yeni modelin qabarit uzunluğu 4630 millimetr, eni – 1880 millimetr, hündürlüyü isə 1650 millimetrdir. Kupeşəkilli crossover adi Kodiaq modelindən 67 millimetr qısa, iki millimetr ensiz və beş millimetr alçaq olacaqdır. Təkər bazasının genişliyi hər iki modeldə eynidir - 2791 millimetr.

Kodiaq GT modelinin mühərrik çeşidinə 150 at qüvvəli 1,4-litrlik turbomühərrik, həmçinin 186 və 220  at qüvvəsi hasil edən 2,0-litrlik turboaqreqat  daxil edilibdir.  Modelin təchizatına rəqəmsal cihazlar paneli, birləşdirilmiş başlıqları olan idman oturacaqları, panoram tavan və işıqdiodlarından fon işıqlandırması daxil olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt