Lexus "F" seryasının 10 illik yubileyinə hədiyyə hazırlayıb

Lexus şirkəti “F” indeksli “bərkgedən” avtomobillərin yaranmasının 10 illik yubileyini RC F kupesinin xüsusi modifikasiyası ilə qeyd etmək qərarına gəlib. Bu barədə “Evo” dərgisi xəbər verib.

Xüsusi seriyadan olan “bərkgedən” kupe ilk dəfə Lexus avtomobillərində tətbiq edilən tutqun boz rəngə boyanıb. Avtomobil karbondan hazırlanmış dama, kapota və aktiv arxa spoylerə sahib olub. Kupenin “ətəkləri” və arxa diffuzoru da parlaq karbondan hazırlanıbdır. Xüsusi seriyadan olan kupenin görkəmini qara rənli 19-düymlük təkər diskləri və “F” hərfi həkk olunmuş mavi rəngli əyləc supportları tamamlayır.

Kupe həmçinin interyerin xüsusi tərtibatına, salondakı karbondan hazırlanmış dekorativ elementlərə və sürücü qapısındakı dirsəkaltına vurulan xüsusi metal lövhəciyə malikdir. Bu lövhəcikdə xüsusi modifikasiyanın adı həkk edilib.

Texniki olaraq Lexus RC F kupesi dəyişilməz qalıb. Lexus RC F 10th Anniversary modeli 477 at qüvvəsi hasil edən 5,0-litrlik atmosfer tipli səkkiz silindrli mühərrik ilə təchiz edilir. Güc aqreqatı səkkiz diapazonlu avtomatik transmissiya ilə birlikdə kupeni 100 km/saat həddinə 4,5 saniyəyə sürətləndirir. Kupenin maksimal sürəti elektronika tərəfindən 270 km/saat həddində məhdudlaşdırılıb.

ДРУГИЕ СТАТЬИ