Renault yeni modelin ilk tizerini dərc edib

Renault şirkəti Rusiya bazarı üçün nəzərdə tutulmuş yeni modelin ilk tizerini dərc edib. Tizer fransız markasının Rusiya nümayəndəliyinin Facebook sosial şəbəkəsindəki səhifəsində dərc edilib. Bundan əlavə, yeni modelin Moskvada keçiriləcək beynəlxalq avtosalonda debüt edəcəyi də bildirilib.

İlkin məlumata görə, C-Seqmentina aid olacaq krossover fransız markasının qlobal modeli olmalıdır.

Rusiya isə bu modelin satışlarına başlanan ilk ölkə olacaqdır. Bununla belə, yeni model haqqında ətraflı məlumat verilməyib. Avtomobil haqqında məlumat onun buraxılışına qədər təşkil ediləcək xüsusi tədbirlər çərçivəsində tədricən açıqlanacaqdır. Yeni krossoverin istehsalı Renault şirkətinin Moskvadakı zavodunda təşkil ediləcəkdir. Krossover Global Access (B0) platformasında inşa ediləcəkdir. Bu modelin fransız istehsalçısının Çin, Braziliya və Cənubi Koreyada satmağı planlaşdırdığı kupeşəkilli krossover olacağı ehtimal edilir. Avtomobilin buraxılışı keçən il şirkətin inkişafı üzrə yeni strateji planın açıqlanması zamanı anons edilmişdir.

Çox güman ki, avtomobil Azərbaycan bazarında da təklif ediləcəkdir.

ДРУГИЕ СТАТЬИ