FCA alyansı italyan polisinə Jeep Wrangler hədiyyə edib

İtalyan polisi çimərliklərdə patrul xidməti aparmaq üçün xüsusi olaraq hazırlanmış Jeep Wrangler ofrouderini alıb. Avtomobili karabinyerlərin rəisi Covanni Nistriyə Fiat Chrysler Automobiles (FCA) alyansının rəhbəri Sercio Markionne təqdim edib.

Karabinyerlər əvvəlki nəsil “Renqler” modelininə sahib olublar - necə deyərlər “bəy verən atın dişinə baxmazlar”.  Avtomobilin kuzovu  karabinyerlərin ənənəvi çalarları olan ağ və göy rənginə boyanmış, qırmızı zolaqlarla bəzədilmişdir. Ofrouderdən Romanya regionunun çimərliklərində patrul xidmətinin aparılması zamanı istifadə ediləcəkdir.

“Renqler” sayrışan işıqlar, sirena, radiostansiya, silahın bərkidilməsi üçün nöqtələr və Mopar One Pack opsiyalar dəsti ilə təchiz edilibdir.

Bu dəst 51 millimetrlik klirensin və 32-düymlük yolsuzluq şinləri olan 17-düymlük təkər disklərinin quraşdırılmasını nəzərdə tutur. Karabinyer “Renqleri” 200 at qüvvəsi və 460 Nm fırlanma anı hasil edən 2,8-litrlik dizel mühərriki və avtomatik ötürmələr qutusu ilə təchiz edilib.  

Jeep Wrangler modeli ilə yanaşı italyan polisinin qarajında 510 at qüvvəli Alfa Romeo Giulia Quadrifoglio Verde sedanı, Jeep Renegade krossoveri, Giulietta hetçbeki, Fiat Panda və Tipo avtomobilləri də vardır.

ДРУГИЕ СТАТЬИ