Volkswagen subkompakt T-Cross modelinin ilk eskizini dərc edib

Volkswagen şirkəti model cərgəsində T-Roc modelindən bir pillə aşağıda qərarlaşacaq subkompakt T-Cross krossoverinin ilk eskizini dərc edib. Marka nümayəndələrinin sözlərinə görə öz sinifində ən təhlükəsiz avtomobil olacaq T-Cross gələn payızda debüt etməlidir.

Modelin əsasını alman istehsalçısının MQB modul platforması təşkil ediləcəkdir. Bu platformadan yeni Polo hetçbekinin və Seat Arona krossoverinin inşasında istifadə edilib. İlkin məlumata görə, Volkswagen T-Cross modelinin uzunluğu 4107 millimetr, təkər bazasının uzunluğu isə 2650 millimetr təşkil edəcəkdir. Bu yeni modelin uzunluğunun Tiguan krossoverindən 379 millimetr, təkər bazasının isə 27 millimetr qısa olduğundan xəbər verir.

Dizayn cəhətdən avtomobil alman markasının son modellərinin üslubunda eksteryerə malik olacaqdır. Bu avtomobillərə misal olaraq Arteon və Touareg modellərini göstərmək olar. VW T-Cross modelinin mühərrik çeşidinə üç və dörd silindrli benzin turbomühərriklərinin və 1,6-litrlik dizel aqreqatının daxil ediləcəyi gözlənilir. Volkswagen T-Cross modelinin əsas rəqibləri Nissan Juke, Citroen C4 Aitcross, Peugeot 2008 modelləri olmalıdır.

ДРУГИЕ СТАТЬИ