Nissan şirkəti saxtakarlıq etdiyini etiraf edib

Nissan şirkəti yerli bazarda satılan 19 modelin zərərli tullantılar və yanacaq sərfiyyatı səviyyəsini saxtalaşdırdığını etiraf edib. Şirkət rəhbərliyinin sözlərinə görə, təftiş zamanı avtomobillərin sınaq sferasının mövcud normalara uyğun gəlmədiyi və son hesabatlarda dəyişdirilmiş məlumatların əks etdirildiyi məlum olmuşdur.

Yapon istehsalçısının mətbuat xidmətinin yaydığı məlumatda 900 minik avtomobilinin tullanılar səviyyəsinin saxtalaşdırıldığından söhbət getdiyi bildirilir. Eyni zamanda, bu manipulyasiyaların ixrac edilən modellərə aid olmadığı və yalnız yerli bazarda satılan və mövcud olan təhlükəsizlik standartlarına tam cavab verən avtomobillərə şamil edildiyi də xüsusi ilə vurğulanıb.

Bu artıq yapon istehsalçısının başına gələn ikinci belə qalmaqaldır. Keçən ilin oktyabr ayında Yaponiyanın Torpaq, infrastruktur və nəqliyyat nazirliyi Nissan şirkətini maşınların yoxlanılması sahəsində qanunu pozduğunu bildirmişdir. Nazirlik, son 39 ildə avtomobillərin son yoxlanması prosesinin qeyri-peşəkar personal tərəfindən aparıldığını söyləmişdir.

ДРУГИЕ СТАТЬИ