Yenilənmiş Hyundai Elantra modelinin növbəti şəkilləri peyda olub

Bu gün internet şəbəkəsində yenilənmiş Hyundai Elantra modelinin növbəti fotoşəkilləri dərc edilib. “Car Advice” saytının dərc etdiyi şəkillərdə avtomobil tam şəkildə təsvir edilmişdir. Bir müddət bundan öncə, yenilənmiş sedanın ilk fotoşəkillərini dərc etmişdik.

Şəkillərdən də göründüyü kimi, vətənində Evante kimi tanınan yenilənmiş Hyundai Elantra Sonata modelindəkinə bənzər kaskad formalı iri radiator barmaqlığına və spesifik dizaynlı ön fənərlərə sahib olub. Arxa hissədə də dəyişikliklər mövcuddur. Bunlar, irilənmiş və yeni formaya malik olan arxa fənərlərdən və arxa bamperə keçirilmiş nömrə yeridir. Elantra modelinin mühərrik çeşidinə Smart Stream ailəsindən olan yeni güc aqreqatı daxil olacaqdır. Bu bir müddət bundan öncə Kia Cerato modelində debüt edən 123 at qüvvəsi və 154 Nm fırlanma anına malik olan 1,6-litrlik atmosfer mühərrikidir.

Koreya bazarında yenilənmiş Hyundai Elantra modeli avqust ayından başlanaraq satılacaqdır. Digər bazarlarda isə avtomobil ilin sonunda satışa çıxamalıdır.

ДРУГИЕ СТАТЬИ