Kemptendə yerləşən məşhur ABT Sportsline GmbH şirkəti Volkswagen Arteon modeli üçün hazırladığı tünunq proqramını təqdim edib. Alman tüner adətən avtomobili texniki cəhətdən təkmilləşdirməyə üstünlük verir.

Bununla belə, atelye mütəxəssiləri avtomobilin zahiri görkəminin güc aqreqatının artmış imkanlarına uyğun tərtib edilməsinə də pis baxmırlar. Volkswagen Arteon modelinin ən güclü variantı 276 at qüvvəsi hasil edən 2,0-litrlik dörd silindrli turomühərrik ilə hərəkətə gəlir. Atelye mütəxəssisləri tərəfindən hazırlanmış AEC (ABT Engine Control) nəzarət blokunu quraşdırmaqla mühərrikin gücünü 336 at qüvvəsinə, fırlanma anını isə, 350 Nm-dən 420 Nm-ə qədər artırıblar.

Əlbəttə ki, bütün bu dəyişikliklər avtomobilin eksteryerinin daha aqressiv görkəm alması ilə müşayət edilir. ABT mütəxəssisləri avtomobili aqressiv dizayna malik olan ön və arxa bamperlə, yan kandarlarla, radiator barmaqlığı, arxa spoyler və güzgülərin xüsusi hazırlanmış korpusu ilə təchiz edirlər. Aerodinamik kuzov dəstinin tərkibinə geniş çeşiddə olan 18 - 20-düymlük təkər diskləri də daxil edilmişdir.  Lakin, tüninq proqramının ulduzunu 21-düymlük ABT DR disklərini hesab etmək olar.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt