Kemptendə yerləşən ABT Sportsline tüninq atelyesinin mütəxəssisləri ikinci nəsil SQ5 krossoveri üçün təkmilləşdirmələr proqramını hazırlayıb.

Kemptenli mütəxəssislər ilk növbədə krossoverə daha aqressiv görkəm bəxş edən aerodinamik kuzov dəstini hazırlayıblar. Bu dəstin tərkibinə yeni dizayna malik olan ön bamper, iri yan ətəklər və diffuzorla təchiz edilən arxa bamper daxildir. Təkər tağlarının genişləndiricisi sayəsində avtomobil daha vahiməli görkəmə sahib olub. Əlbəttə ki, kemptenlilər 20 -22 düym arasında dioqanala malik təkər disklərini də təklif etməyi unutmayıblar. Üstəlik, avtomobilin klirensini 60 millimetr azaltmağa imkan verən asqı sayəsində krossoveri hetçbeklə səhv salmaq da olar.

Məlum olduğu kimi, ikinci nəsil “qaynar” Audi SQ5 krossoveri 3,0-litrlik altı silindrli benzin mühərriki ilə təchiz edilir.

Silindrlər blokunun bölünmə bucağında yerləşən iki qanadcığı olan yeganə turbokompressoru olan aqreqat 354 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir.

Audi SQ5 modelinə 100 km/saat həddinə sürətlənməyə 5,4 saniyə gərəkdir.

ABT mütəxəssislərinin müdaxiləsindən sonra altı silindrli mühərrikin gücü 425 at qüvvəsinə, fırlanma anı isə 550 Nm-ə qədər artıb.

Bundan başqa, krossover karbondan ucluqları olan və titandan hazırlanmış idman buraxılış sisteminə də malik olub. Tüner təkmilləşdirilmiş krossoverin dinamik xarakteristikalarını açıqlamasa da, onun standart SQ5 modelindən daha yeyin olacağı şübhə doğurmur. Məlum olduğu kimi Audi şirkəti “qaynar” krossoverin maksimal sürətini 250 km/saat həddində məhdudlaşdırıb.

Çox güman ki, tünerlər elektron “boyunduruğun” aradan götürülməsində də yardımçı olacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt