Amerikada keçirilən The Quali: A Motorsports Gathering festivalında yenilənmiş Acura NSX superkarının təqdimatı keçirilib. Kupe genişləndirilmiş təchizata və təkmilləşdirilmiş texniki hissəyə sahib olub.

Ən «bərkgedən» Acura modelini artıq yeni rəngdə - Thermal Raceway avtodromunun şərəfinə adlandırılmılş narıncı-mirvari rəngində də sifariş etmək olar. Bu rəngə avtomobilin əyləc mexanizmlərinin supportları da boyana bilər.

Superkarin zahiri görkəmində baş verən dəyişikliklər minimal xarakter daşıyır. Məsələn, radiator barmaqlığının yuxarı haşiyəsi gümüşü deyil, kuzov rəngindədir. Bundan başqa, hava girişləri və radiator barmaqlığı qara parlaq elementlərə sahib olublar.

Əlavə ödənişlə karbondan hazırlanmış arxa spoyleri və eksteryerin karbonplastikdən detallarını sifariş etmək olar.

İnteryeri mavi dəri və alkantara ilə də üzləmək mümkündür.

Texniki yeniliklərə gəldikdə isə, superkar daha yoğun köndələn dayanıqlılıq stabilizatorlarına, yenidən tənzimlənmiş sükan müxanizminə, aktiv maqnitoroloji amortizatorların yeni proqram təminatına sahib olub.

Bundan başqa, superkar xüsusi olaraq onun üçün Hazırlanmış Continental SportContact6 şinləri ilə təchiz edilir.

Acura NSX tərkibinə 3,5-litrlik iki tubokompressorlu V6 mühərriki və üç elektromotor daxil olan hibrid güc aqreqatı və doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.

Hibrid aqreqatın ümumi gücü 573 at qüvvəsi, fırlanma anı isə 644 Nm təşkil edir.   NSX 100 km/saat sürətini üç saniyəyə toplayır və 307 km/saat maksimal sürət həddinə malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt