Aston Martin şirkəti Zagato atelyesinin 100 illik yubileyinə DBZ Centenary Collection adlı xüsusi avtomobillər kolleksiyasını hazırırlayacaqdır. Kolleksiyaya “yenidən buraxılacaq” 1960-cı ilin DB4 GT Zagato trek sportkarı və tamamilə yeni mülki DBS GT Zagato modeli daxil olacaqdır.

Cəmi 19 avtomobil buraxılacaqdır ki, onlar da ayrı-ayrılıqda satılmayacaqdır. Bir cüt kolleksiya avtomobilinin qiyməti altı milyon funt-sterlinq təşkil edəcəkdir. DB4 GT Zagato modelinin istehsalını Aston Martin şirkətinin Nyuport-Paqnelledəki zavodunda təşkil edəcəkdir.

Yeni DBS GT Zagato isə Geydonda buraxılacaqdır. Şirkətdən “yenidən buraxılmış” DB4 modellərinin maksimal dərəcədə orijinal sportkarlara yaxın olacağı da bildirilib. 2019-cu ilin DB4 GT Zagato modelinin əsasını borulardan hazırlanmış rama təşkil edəcəkdir.

Alüminiumdan hazırlanmış kuzov panelləri bu ramanın üzərində bərkidiləcəkdir. Detalların dəqiq uyğunlaşdırılmasını təmin etmək üçün mühəndislər müasir rəqəmsal skan etmə texnologiyasından istifadə edəcəkdirlər. Kuzov üzrə son işlərin əl ilə aparılması nəzərdə tutulubdur.

Aston Martin DBS GT Zagato

Aston Martin DB4 Zagato modeli orijinal avtomobil üçün polşalı mühəndis Tadeuş “Tadek” Marek tərəfindəni hazırlamış ikiqığılcımlı  mühərrikin variantlarından biri ilə təchiz ediləcəkdir.  Çox güman ki, bu 385 at qüvvəsi hasil edən 3,7-litrlik altı silindrli mühərrik olacaqdır. Sportkar dörd pilləli mexaniki qutu və yüksək sürtünməli differensial ilə təchiz ediləcəkdir.

Yeni DBS GT Zagato modeli isə, ekstremal DBS Superleggera superkarının bazasında inşa ediləcəkdir.

Model Zagato üçün xarakterik olan double-bubble damına, ön hissənin xüsusi tərtibatına və “kəsilmiş” arxa hissəyə malik olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt