Xəbərlərimizi izləyənlər Aston Martin şirkətinin Zagato atelyesi ilə birlikdə hazırladığı kupe, kabriolet, və rodster kuzovlu xüsusi superkarlardan agahdırlar. Bu günlərdə tərəfdaşlar bu ailədən olan dördüncü avtomobili təqdim ediblər.

Aston Martin Vanquish Zagato Shooting Brake adını almış universal kuzovlu superkar iki oturacağa, dəbdəbəli şəkildə tərtib edilmiş baqaj bölümünə və baqaj qapağını elektrik ötürməsinə malikdir. Zagato atelyesinin vizit kartına çevrilən damdakı zərif formalı çıxıntılar da qorunub-saxlanıbdır. İlkin olaraq, bu çıxıntılar yarış dəbliqələrini yerləşdirmək üçün nəzərdə tutulsa da, hazırda bu cizgilər dizayn elementinə çevrilibdirlər. Bu iki çıxıntının arasında isə, damın şüşədən olan hissəsi quraşdırılıbdır. 

Yeni universalın kuzov panelləri karbondan hazırlanmışdır. Avtomobiin salonun ön hissəsi demək olar ki, seriya variantı ilə eynidir. Burada yeni olanlar bürüncdən hazırlanmış dekor elementləri və Zagato loqotipi həkk edilən basmanaxışlardır. Aston Martin Vanquish Shooting Brake universalı kupe və kabriolet kimi 99 nüsxəlik tirajla buraxılacaqdır. İlk avtomobillər müştərilərə 2018-ci ildə çatdırılacaqdır.

Aston Martin Vanquish Zagato Shooting Brake superkarı gücü 600 at qüvvəsi olan 5,9-litrlik V12 atmosfer tipli mühərriki ilə təchiz ediləcəyi ehtimal edilir. Bildiyimiz kimi, standart Aston Martin Vanquish modeli 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 295 km/saat maksimal sürətə malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt