«Autocar» nəşrinin yaydığı məlumata əsasən, Audi şirkəti gənclərə ünvanlanmış kompakt avtomobilin yaradılması üzərində hazırlıqlara başlamışdır. Dərginin iddialarına görə, yığcam dörd yerli avtomobil 2019-cu ildə işıq üzü görməlidir. Şayiələ görə, yeni avtomobil daxili yanacaq mühərriki ilə yanaşı, elektrik güc aqreqatı ilə də təchiz ediləcəkdir. Həmçinin, avtomobilin həm üç qapılı, həm də beş qapılı kuzov ilə buraxılacağı da ehtimal edilir.

Yeni avtomobilin prototipi çox güman ki, yaxınlarda baş tutacaq Paris avtomobil sərgisində təqdim ediləcəkdir. Prototipin uzunluğunun dörd metrdən az olacağı və Audi’nin model cərgəsində A1 hətçbekindən aşağı pillədə duracağı bildilirilir.

Avtomobilin başlıca rəqibləri Fiat 500, Smart Forfour və Opel Adam olacaqdır. Eyni zamanda avtomobilin elektrik variantı BMW i3, Renault Zoe və Nissan Leaf kimi avtomobillərin alıcılarını da cəlb etməyə çalışacaqdır.

Hal-hazırda avtomobilin hazırlanması üzrə işlər Audi şirkətinin İnqolştatdakı mənzil-gərargahında aparılır. Yeni avtomobil üçün, Volkswagen Up, Seat Mii və Skoda Citigo modellərinin istehsal edildiyi NSF platformasının istifadə ediləcəyi ehtimal olunur.

Almanlar A2 modelinin varisi olacaq avtomobilin buraxılması planlarının olduğunu hələ 2011-ci ildə  bəyan etmişdirlər. Lakin 2013-cü ildə layihə, litium-ion batareyalarının baha olması üzündən dayandırılmışdır.