Audi şirkəti bir qrup alman jurnalistləri üçün yeni nəsil Audi A8 sedanının “gözü qapalı” təqdimatını keçirmişdir. İnqolştata dəvət edilən jurnalistlərin gözləri parça ilə bağlanaraq avtomobilə toxunmaq imkanı verilib.

Tədbir zamanı fotoçəkiliş də aparılıb ki, bunun nəticəsində də yeni bayraqdar sedanın növbəti tizerləri peyda olub.  Bi tizerlərdə avtomobilin eksteryer və interyerinin görüntüləri mövcuddur. Onların bir hissəsi əvvəllər dərc edilsə də, şəkillərin arasında əvvəllər göstərilməyən elementlər də vardır.

Qeyd etmək lazımdır ki, tədbirdə avtomobilin uzun bazalı və ən bahalı modifikasiyası nümayiş etdirilib. Bunu avtomobilin baqaj qapağındakı A8L emblemindən, elektriklə tənzimlənməsi və müxtəlif funksiyaları idarə etməyə imkan verən taçskrin displeyi olan ikinci cərgənin oturacaqlarından görmək mümkündür.

Şəkildən məlum olduğu kimi, bayraqdar sedan havanın ətirlnməsi sistemi ilə də təchiz edilir. Eyni zamanda, tədbirdə iştirak edən avtomobilin Bang&Olufsen premium səs sistemi ilə təchiz edildiyi də məlumdur. Təqdimat zamanı Eagles qrupunun Hotel Californiya mahnısı səslənib.

Yeni nəsil Audi A8 modelinin təqdimat mərasimi 11 iyulda Barselonada keçiriləcəkdir. Əvvəllər avtomobilin qeyri-adi pnevmatik asqıya və “mülayim” hibrid sisteminə sahib olduğu bildirilibdir. Bundan başqa, avtomobil müasir avtopilot və ayaqların massajı funksiyaları ilə də təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt