Audi şirkətinin tarixi ilə yaxından tanış olanlar bu markanın Avqust Horx tərəfindən yaradıldığından xəbərdardırlar. Karl Benzin şirkətində məhsul üzrə menecer olan Avqust 1904-cü ildə Salli Herz ilə birlikdə Horch&Cie Motorwagenwerke AG şirkətini yaradıblar.

Maliyyə problemləri ilə üzləşən Horx 1909-cu ildə August Horch Automobilwerke GmbH şirkətini təsis edib. Lakin, “Horch” markasının hüquqları ona aid olmadığı üçün o ikinci şirkətin adını dəyişməli olub.

Rəvayətə görə, Horxun tərəfdaşlarından birinin oğlu şirkətin adının “Audi” olmasını təklif edib.  Beləliklə, məşhur “Audi” markası yaranıb.  1932-ci ildə Horch, Audi markaları DKW və Wanderer ilə birləşərək Auto Union AG şirkətini yaradıblar.

Nəhayət, 1965-cı ildə Ikinci dünya müharibəsindən sonra Bavariyada yaradılmış Auto Union GmbH şirkəti Volkswagen qrupunun tərkibinə daxil olub. Artıq bu tarixidir. Lakin, hərdən tarixə də nəzər salmaqda xeyir vardır.

Automotive News nəşrinin əldə etdiyi məlumata əsasən Audi şirkəti Horch brendini bərpa etmək barədə düşünür. Böyük ehtimalla, Horch markası altında Audi A8 bayraqdar sedanının ən dəbdəbəli modifikasiyası satılacaqdır. Çox güman ki, bu gedişin məqsədi Mercedes-Maybach subbrendi altında buraxılan S-Class sedanlarına layiqli cavab hazırlamaqdır

Əgər bu məlumat həqiqətə uyğundursa, bir neçə il ərzində Audi A8 L modelinin bazasında hazırlanmış yeni dəbdəbəli sedanın debütünün şahidi olacağıq. Ultra-dəbdəbəli Audi A8 Horch sedanının W12 mühərrikinə də sahib olacağını da əminliklə söyləmək olar. Eyni zamanda, Audi A8 Horch modeli ən güclü V8 mühərrikləri ilə də təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt