Audi şirkəti "bərkgedən" RS6 Performance universalının xüsusi versiyası olan Nogaro Edition modifikasiyasını təqdim edib. Cəmi 150 ədəd belə avtomobil buraxılacaqdır. Güclü universal cari modelin vida variantı olacaqdır - bu yaxınlarda A6 ailəsinin yeni nəsli təqdim edilməlidir.

Audi RS6 Performance Nogaro Edition alman markasının 1994-cü ildə işıq üzü görmüş ilk idman universalı Audi RS2 Avant modelinin firma mavi rənginə həsr edilib. Məhz bu rəngdən RS6 modelinin kuzovunun, həmçinin qapı panellərindəki, mərkəzi tonneldəki və oturacaqlardakı işləmələrin rənglənməsi zamanı istifadə olunur. Audi RS6 Avant Nogaro universalı 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərrik ilə təchiz edilir. Standart olaraq bu aqreqat 605 at qüvvəsi və 750 Nm fırlanma anı hasil etsə də, Nogaro versiyasında bu mühərrik 705 at qüvvəsi və 880 Nm fırlanma anı təklif edir. Güc xarakteristikaların yüksəldilməsi ABT Sportsline təkmilləşdirmə dəstinin quraşdırılması sayəsində mümkün olub.

Audi RS6 Performance universalı 100 km/saat sürətini 3,7 saniyəyə toplayır. Nogaro versiyasının dinamik xarakteristikaları açıqlanmayıb. Yeganə məlum olan 305-dən 320 km/saata qədər artan maksimal sürət həddidir. Almaniyada Audi RS6 Nogaro 124,4 min avroya satılacaqdır. Bu baza versiyasından 6,2 min avro çoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt