Dördüncü nəsil Citroen C3 hetçbeki 2023-cü ilin oktyabrında debüt edib. Bununla belə, konveyerə çıxan ilk versiya e-C3 elektrik modififkasiyası olub. Bu model ilə Stellantis konserni “yaşıl” başlanğıca start verdiyini bildirirdi. Belə avtomobillər Avropada fevral ayından satılır, lakin planlarda daxili yanma mühərrikləri ilə hərəkətə gələcək versiyalar da var idi. İndi isə, onlar da təqdim olunub.

Zahiri cəhətdən, benzin mühərrikli Citroen C3 elektrik həmkarından demək olar ki, heç nə ilə fərqlənmir - yeganə seçilən şey fərqli ad nişanlarıdır. Xatırladaq ki, əvvəlki nəsillə müqayisədə yeni hetçbek demək olar ki, 100 millimetr hündür (1577 millimetr) olub. Onun uzunluğu və eni demək olar ki, dəyişməz qalsa da, C3 modeli krossover nisbətlərini əldə edib. Klirens 135-dən 197 millimetrə qədər artırılıb. Xatırladaq ki, e-C3 modelində dartma batareyasının altında cəmi 163 millimetr var.

Benzin versiyalarının salonu da heç nə fərlənmir. Burada da, sükan çarxının üstündə cihazlar panelinin kiçik displeyi olan ön panelin tanış “rəfi” yerləşir. Baza versiyasında yalnız smartfon üçün bərkitməsi olan dok-stansiya var, lakin əlavə ödəniş qarşılığında 10,25 düymlük ekranı standart media sistemi də təklif olunur. Citroen C3 modelinin baza versiyasında transmissiyanın klassik qolu var, çünki avtomobil mexaniki ötürmələr qutusu ilə təchiz edilir.

Belə hetçbeklər 100 at qüvvəli 1,2-litrlik turbomühərrik və altı pilləli ötürmələr qutusu ilə təchiz edilir. İki pedallı versiya hibrid sistemə malikdir: 1,2-litrlik turbomühərrik 48 voltluq elektrik mühərriki (28 at qüvvəsi, 55 Nm) quraşdırılmış altı pilləli preselektiv Punch “robotu” ilə birlikdə çalışır. Əksər Stellantis modellərində belə hibrid qurğu 136 at qüvvəsinə malikdir, lakin kiçik Citroen modelində o, 100 at qüvvəsinə köklənib. Dartma batareyasını doldurmaq mümkün deyil, lakin tərtibatçılar rekuperasiya sayəsində şəhərdəki gedişlərin 50 faizə qədərinin daxili yanma mühərrikini işə salmadan həyata keçiriləcəyini vəd edirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Məlum məsələdir ki, benzin versiyaları elektrik versiyasından nəzərəçarpacaq dərəcədə ucuzdurlar. Fransada mexaniki transmissiyalı ilkin Citroen C3 modelinin qiyməti 14 990 avrodan başlayır ki, bu da təqaüdə göndərilən əvvəlki nəsil C3 üçün istəniləndən (16 590 avrodan) azdır. Güman edir ki, elektrik e-C3 (23 300 avrodan) haqqında danışmağa belə dəyməz. Stellantis konserni də bunu ona görə  edib ki, Citroen C3 iki il əvvəl istehsalı dayandırılmış daha kiçik C1 modelini qismən əvəzləyib. Tezliklə C3 modelinin qohumu - yeni nəsil Fiat Panda hetçbeki peyda olacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.