Peugeot şirkətinin yeni Panoramic i-Cockpit interyer konsepsiyasından sonra DS Automobiles də gələcəyin interyeri haqqında düşüncələrini nümayiş etdirmək qərarına gəlib. M.i. 21 (Manifesto Interior 2021) dizayn-tədqiqatı - üzərində məhsul və dizayn qruplarının işlədiyi bütöv bir üslub istiqamətinin manifestidir. Adətən reallıqla əlaqəsi olmayan konsept avtomobillərindən fərqli olaraq, manifestdə bir sıra normativ, iqtisadi və texnoloji məhdudiyyətlər nəzərə alınır və buna görə də, bu həllər tez bir zamanda istehsala gedə bilərlər.

Maksimum müddət - beş ildir. Fransızlar bu onilliyin sonuna qədər seriya avtomobillərində belə interyerlərin tətbiq olunacağını vəd edir və bəzi məlumatlara görə, 2027-ci ildə buraxılması planlaşdırılan növbəti nəsil DS 4 modeli bu arxitekturanın ilk daşıyıcısı olacaqdır. M.i 21 konsepsiyasında sınaqdan keçirilmiş həllər DS modellərinə artistizm qatacaq, erqonomikanı təkmilləşdirəcək və estetik olaraq avtomobilləri daha gözəgəlimli edəcəkdir. Əsas dəyişikliklər işıq, səs, materiallar və texnologiyalar ilə qarşılıqlı əlaqədir.

DS hesab edir ki, daxili işıqlandırma vizual qavranışda mühüm rol oynayır, buna görə də fon işıqlandırması ağıllı və adaptiv olmalıdır. “Süzən” ön panelə və çoxlu şüşə səthlərə malik olan arxitektura daha çox boş məkanı təmin edəcəkdir, yeganə asılmış dinamikdən ibarət olan səs sistemi isə, çəkini azaldacaqdır. Qapılardakı parlaq dairələr sadəcə dekorativ elementdir və Art Deco üslubunun ən yaxşı ənənələrinə əsasən hazırlanmış fərdiləşdirmə üsullarından biridir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salonu displeylərlə həddən artıq yükləmək və xaos yaratmaq DS brendinin ruhuna uyğun olmadığından, burada multimedia sisteminin adi ekranı yoxdur. Təsvirlər, tərtibatı vurğulamaq və diqqəti yayındıran amilləri minimuma endirmək üçün şəffaflığı tənzimlənə bilən əyri panelə proyeksiya edilir. İstisna yalnız yan ekranlar üçün edilib - onlar ənənəvi üslubdadırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.