“Car and Driver” nəşrinə müsahibə verən Cadillac şirkətinin nümayəndəsi Escalade iQ elektrik ofrouderinin L indeksli uzunbazalı versiyaya sahib olacağını təsdiq edib.Onsuz da təsiredici ölçülərə malik olan elektromobil uzadılmış təkər bazasını alacaq və nəticədə o, Cadillac markasının ofrouderlər çeşidindəki ən böyük avtomobil olacaq. Yeni modelin bazara çıxma vaxtı dəqiqləşdirilməyib, lakin jurnalistlər bunun 2024-cü ildə baş verəcəyini ehtimal edirlər.

Cadillac Escalade modeli artıq təkər bazası 105 millimetr artırılmış uzunbazalı versiyayada buraxılır. O, Escalade ESV adlanır və onun uzunluğu 5,76 metrdən çoxdur ki, bu da adi Escalade modelində olduğundan 384 millimetr uzundur. Elektromobilinin uzunluğu 5,69 metrə çatır, yəni uzunbazalı Escalade ESV ofrouderindən bir neçə santimetr qısadır. Odur ki, L versiyasının gəlişi ilə elektrokar daha böyük olmalıdır.

Escalade iQ modeli 2023-cü ilin avqustunda debüt edib. O, 800 voltluq elektrik arxitekturasına malik olan Ultium platformasına əsaslanır və güc aqreqatını GMC Hummer EV elektrik pikapı ilə bölüşür. iQ ön və arxa oxlarda quraşdırılmış iki mühərriklə hərəkətə gəlir. Güc qurğusunun ümumi hasilatı 687 at qüvvəsinə bərabərdir və qısa müddət ərzində onu 761 at qüvəsinə qədər artırmaq olar. Batareyanın tutumu 200 kilovat-saatdır. EPA dövrünə əsasən, tam dolu batareya ilə yürüş məsafəsi 724 kilometr təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ofrouderin klirensi 175 millimetrdir, lakin asqı tənzimləmələrindən asılı olaraq onu 25 millimetr artırmaq və ya 50 millimetr azaltmaq olar. Tam idarə olunan şassi də elan edilib ki, bu da Escalade IQ modelinə diaqonal üzrə hərəkət etməyə imkan verir - arxa təkərlərin maksimal dönmə bucağı 10 dərəcədir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.