On il əvvəl, Mercedes-Benz G 63 AMG 6x6 modeli faktiki olaraq seriya ofrouderləri və pikaplarının əsasında hazırlanmış monstrşəkilli üçoxlu ofrouderləri dəbə saldı. Ondan əvvəl bu cür avtomobillər yalnız xüsusi işlər üçün inşa edilirdi, lakin indi 6x6 formulu olan avtomobillər superkarlar qarajının məcburi atributuna çevrilib.

Bununla belə, bu seqmentin yaradıcısı son nəsil G-Class ilə birlikdə sakitcə onu tərk edib. Mercedes-Benz heç vaxt yeni G-Class modelinin 6x6 versiyasının olacağını bəyan etməyib. Lakin bu anlaşılmazlıq Brabus tərəfindən aradan qaldırılıb.

Brabus XLP 900 6x6 Superblack

Bottropdan olan özəl firma artıq bir neçə ildir ki, G-Class modelinin tüninqi ilə məşğuldur. Məsələn, üç il əvvəl o, portal oxları olan Brabus 800 Adventure XLP pikapını hazırlayıb, keçən il isə, G-Class modelindən yalnız orijinal hissələrin qaldığı Brabus Crawler ekstremal ofrouderini təqdim edib. İndi isə Mercedes-AMG G 63 modelinə əsaslanan yeni üçoxlu canavar hazırdır, özü də iki versiyada.

Müştərinin öz zövqünə uyğun seçə biləcəyi dekorasiya və əlavələrdən başqa, Brabus XLP 800 6x6 Adventure və Brabus XLP 900 6x6 Superblack yalnız mühərrikin gücünün artırılması dərəcəsi ilə fərqlənir. 

Brabus XLP 800 6x6 Adventure

800 indeksli modelin  yeni superkompressorları və proqram təminatını almış 4.0-litrlik V8 biturbo mühərriki 800 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, standart mühərrik 585 at qüvvəsi və 850 Nm fırlanma anına malikdir.

900 indeksinin alımış daha ciddi şəkildə təkmilləşdirilib. Mühərrikin iş həcmi 4,0 litrdən 4,4 litrə qədər artırılmış, üfürmənin təzyiqi artırılmış yeni turbokompressorlar, digər porşenlər, sürgü qolları və dirsəkli val, artırılmış səmərəliliyi olan yanacaq nasosları və bir sıra orijinal hissələr quraşdırılıb. Güc qurğusunun hasilatı 900 at qüvvəsi və 1250 Nm fırlanma anıdır. Hər iki halda gücləndirilmiş doqquz pilləli “avtomat” quraşdırılır.

Brabus XLP 800 6x6 Adventure

Qalan cəhətdən avtomobillər eynidir və burada əsas element asqıdır. Brabus şirkəti sadəcə G-Class modelinin uzadılmış çərçivəsinə sadəcə ikinci bütöv oxu quraşdırmayıb, əslində yeni şassini hazırlayıb!

İkinci və üçüncü oxlar müstəqil asqıya malikdir ki, baza G-Class modelində beləsi yoxdur və olmayacaqdır. Hər bir təkər ikiqat köndələn qolları olan güclü çəngəllərə, habelə yayları və tənzimlənən amortizatorları olan iki dayaq var (sərtlik sərnişin salonundan, ön ox və arxa “arabacıq” üçün ayrıca dəyişdirilə bilər).

Brabus XLP 800 6x6 Adventure

Ön asqı da orijinaldır - yeni qollar və elastik elementlərlə. Hər üç oxda bort reduktorları olan portal körpülər var, ona görə də bəyan edilmiş klirens 473 millimetrdir. Xatırladaq ki, bütöv portal oxları olan on illik zavod pikapında 460 millimetrdir.

Birinci və ikinci oxlar arasındakı məsafə 3372 millimetr (baza G-Class modelində 2890 millimetr), ikinci və üçüncü oxlar arasında isə 1050 millimetrdir. Pikapların ümumi uzunluğu 6183 millimetr, hündürlüyü isə 2293 millimetrdir.

Brabus XLP 800 6x6 Adventure

Üçoxlu ofrouder standart olaraq 325/55 R22 şinləri taxılmış 22 düymlük təkər diskləri ilə təchiz edilir. Aşağıda karbonplastikdən müdafiə lövhələri quraşdırılıb, ön bamperdə bucurqad var. Güman edirik ki, təkər tağlarının genişləndiriciləri, əlavə işıq və yenidən üzlənmiş interyeri xatırlatmaq lazım deyil: bütün bunlar istənilən müasir Brabus avtomobillərində var.

Belə bir pikapın boş çəkisi 3670 kiloqram, ümumi çəkisi isə 4500 kiloqramdır, ona görə də onu idarə etmək üçün sürücülük vəsiqəsində “yük” kateqoriyası olması lazımdır. Eyni zamanda, ofrouderlərin dinamikası əladır: XLP 800 ilk “yüzlüyə” 5,8 saniyəyə, XLP 900 isə 5,2 saniyəyə sürətlənir. Təhlükəsizliyə görə maksimal sürət 210 km/saat ilə məhdudlaşdırılıb, xatırladaq ki, Mercedes G 500 modelində də belə bir məhdudlaşdırıcı var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Belə üçoxlu “canavarın” qiyməti vergilər nəzərə alınmadan ən azı 1,1 milyon avrodur. Ən maraqlısı isə, Brabus hər bir pikapına Plant My Tree sertifikatı əlavə edir ki, bu da şirkətin atmosferə atılan 4200 kiloqram karbon qazının əvəzi olaraq 1500 ağac əkdiyini təsdiqləyir.

Bəyan edilmiş pasport məlumatlarına (ortalama sərfiyyat - 18,1 litr/100 kilometr, CO2 emissiyası - 420 qram/kilometr) etibar etsək belə, bu kompensasiya yalnız üçoxlu Brabus pikapının ilk 10 min kilometrlik yürüşü üçün kifayət edir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.