İki gün bundan əvvəl yeni nəsil 7 Series sedanını təqdim edən BMW şirkəti indi bu sedanların əvvəlki kimi iki deyil, yalnız bir uzunluq variantında təklif ediləcəyini açıqlayıb. Ancaq Çində keçirilmiş ayrıca təqdimatda yaxşı tanış olan L indeksli avtomobillər göstərilib! Almanların Səma İmperiyası üçün yeni flaqmanın daha uzun versiyasını hazırlaması mümkündürmü?

BMW 740Li

Təəssüflər olsun ki, xeyir. BMW şirkəti Audi A8 Horch modelinin təcrübəsindən istifadə etməyib və məşhur BMW L7 modelini 90-cı illərdən geri çağırmayıb. Çin bazarında yeni yeddinci nəsil G70 modeli dünyanın hər yerində olduğu kimi eyni təkər bazası (3215 millimetr) və qabarit uzunluğu (5391 millimetr) ilə təklif ediləcəkdir.

L indeksi isə sadəcə bir marketinq gedişidir: Çində flaqmanın hələ də uzun avtomobil olduğunu qeyd etmək vacibdir. Axı burada hətta beşinci və üçüncü seriyadan olan BMW sedanlarının, eləcə də X1 və X5 krossoverlərinin L-versiyaları var. Onların yanında L hərfi olmayan 7 Series sedanı qəribə görünərdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çin bazarında satılan yeddinci seriya sedanı ən geniş modifikasiya çeşidinə malik olacaqdır: Avropada mövcud olmayan benzin versiyaları (o cümlədən, BMW 735Li və səkkiz silindrli BMW M760Li xDrive), təkrar doldurulan hibridlər və BMW i7 elektrokarı buraya gətiriləcəkdir. Tam dəst üçün yalnız dizel versiyası çatmır, lakin Çində belə sedan istənilən halda heç kimə lazım deyil.

Ancaq söhbət yerli istehsaldan getmir. G70 ailəsinin bütün modelləri Almaniyanın Dinqolfingen şəhərindəki BMW zavodunda istehsal olunacaq və oradan dünyanın müxtəlif ölkələrinə, o cümlədən Çinə çatdırılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.