HiPhi A elektromobili Apollo hiperkarının yaradıcısı Apollo Future Mobility Group qrupuna məxsus olan Human Horizons və WESAIL New Energy Automotive şirkətlərinin ilk birgə layihəsidir. Yenilik keçən ilki HiPhi Z modelinin "bərkgedən" versiyasıdır.

Bu, 800 voltluq arxitekturası, pnevmodayaqları, elektron idarə olunan amortizatorları və dönən arxa oxu olan Human Oriented Architecture (HOA) platforması deməkdir. Əsas fərq isə güc qurğusundadır. HiPhi A üçmühərrikli (biri öndə, ikisi arxada) güc qurğusuna malikdir. Qurğunun maksimal hasilatı 1305 at qüvvəsi (təkərlərdəki fırlanma anı - 13800 Nm) təşkil edir.

Karbondan rotorları olan yığcam ötürücülər 22 min dövrəyə qədər fırlanır və ikiqat soyutma sistemi (yağ dövrəsi, üstəgəl babinin birbaşa soyutması) sayəsində yarım saat ərzində yüksək güclə işləyə bilirlər.

Elektromobil 1,5 meqavat gücündə olan, tutumu açıqlanmayan batareyaya malikdir. İstehsalçı, “sənayedə ilk dəfə olaraq” batareyanın aşağı tərəfdən zirehli karbon lövhə, yuxarıdan isə odadavamlı kompozit qapaq ilə örtüldüyü bildirib. 

Bütün bunlar şirkətin öz məhsuludur. Kağız üzərində HiPhi A çox yaxşı dinamikaya malikdir: hiperkar 100 km/saata iki saniyəyə sürətlənir və 300 km/saatlıq maksimal sürətə malikdir.

Orijinal HiPhi Z ilə müqayisədə A indeksli model daha geniş təkər izinə malikdir və onun kuzovu bir qədər dəyişdirilib. İnteryer əsasən eynidir, sadəcə preslənmiş karbon ilə gözəl şəkildə bəzədilib. 

Eksteryer və interyerin tərtibatında, yenə də ilk dəfə olaraq, korroziyaya yüksək davamlılığına görə aerokosmik və tibb sənayesində geniş tətbiq edilən TC4 titan ərintisindən istifadə olunub.

Elektromobilin təchizatına yarış səviyyəli karbon-keramika əyləcləri, HVC (HiPhi Vectoring Control) dartma vektoruna nəzarət  sistemi və robotlaşdırılmış manipulyatoru olan inqilabi HiPhi Bot süni intellekt köməkçisi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

HiPhi şirkətinin yeniliyi bənzər konsepsiyalı digər Çin elektromobili - Zeekr 001 FR ilə rəqabət aparmalı olacaq. Zeekr modelinin dörd elektrik mühərriki ümumilikdə 1265 at qüvvəsi və 1280 Nm fırlanma anı hasil edir.

Bununla belə, Zeekr 001 FR yaylı asqıya malikdir, lakin onun əyləclər HiPhi A ilə eyni səviyyədədir - on porşenli AP Racing supportları və Brembo karbon-keramika rotorları ilə. Çində Zeekr 001 FR modelinin qiyməti 769.000 yuandan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.