Çinlilər, təqdimatı noyabrın 12-də keçiriləcək Volvo brendinin ilk miniveninin görünüşü üzərindəki sirr pərdəsini götürüblər. Çin Xalq Respublikasının Sənaye və Ticarət Nazirliyi Volvo EM90 modelinin kamuflyajsız şəkillərini dərc edib. Yenilik əslində üzü dəyişdirilmiş Zeekr 009 minivenidir: hər iki modelin eni və təkər bazası eynidir, Volvo miniveninin uzunluğu üç millimetr qısa, hündürlüyü isə 11 millimetr çoxdur. Görünüşdəki fərq işıqlandırma texnikasını və asma elementlərini əvəz etməklə əldə olunub.

Volvo EM90 və Zeekr 009 arasındakı texniki oxşarlıq sürpriz olmayıb, çünki hər iki şirkət Geely holdinqinə məxsusdur. İsveç markası altında buraxılacaq miniven orijinala çox yaxın alınıb: təkcə kuzovun karkası deyil, həm də qapılar və şüşələr eynidir! Bununla belə, EM90 miniveninin ön hissəsi Volvo şirkətinin korporativ üslubunda hazırlanıb: avtomobil özünəməxsus fənərlər və bamperə sahibdir.

Texniki hissə ilə bağlı da heç bir açıqlama verilmir: satışların başlanğıcında Volvo 544 at qüvvəsi hasil edən ikimühərrikli elektrik güc aqreqatı ilə təchiz olunan altıyerli versiyanı təklif edəcək. Dartma batareyası haqqında heç bir məlumat yoxdur. Böyük ehtimalla, Volvo 820 kilometrə qədər yürüş ehtiyatını (CLTC) təmin edən 116 və ya 140 kilovat-saatlıq CATL batareyalarından yaralanma q niyyətindədir. Bununla belə, bu xüsusiyyətlərin təsdiqlənməsi lazımdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.