Mitsubishi yeni konseptual minivenin zahiri görünüşünü qismən açıqlayıb. Avtomobil təsiredici klirensə, damda yerləşən böyük baqaja və tam ötürməyə malik olacaq. Mitsubishi yeniliyi crossover MPV kimi təsvir edir - yəni o, miniven praktikliyini krossoverin ofroud imkanları ilə birləşdirəcək. Şou avtomobili oktyabr ayında keçiriləcək Japan Mobility Show sərgisində təqdim olunacaq. Ola bilsin ki, gələcəkdə o, məşhur Delica D:5 modelinin yeni təfsirinə çevrilsin.

Konsept çərçivəsiz şüşələnməsi və T-şəkilli LED işıqları olan brutal kuzova malikdir. Bənəzr optikanı ön hissənin göründüyü ilk tizerdə də görmək mümkündür. Damda böyük əlavə baqaj var, arxa güzgülərin yerini kameralar tutub, qapının tutacaqları isə kuzovda gizləniblər. “Həddindən artıq geniş salon” və yaxşı ofroud imkanları da vəd edilir, lakin Mitsubishi hələlik heç bir təfərrüatı açıqlamayıb.

Image alt Image alt

Minivenin elektrikləşdirilmiş güc aqreqatını alacağı bildirilir. Bununla belə, onun sırf elektromobil olub-olmayacağı aydın deyil, çünki Mitsubishi təsvirdə həm “elektrikləşdirilmiş”, həm də “elektrik” sözlərindən istifadə edir.

Konseptin seriyaya gedib-getməyəcəyi də məlum deyil. Ola bilsin ki, o, yeni Delica modelinin əsasını təşkil etsin. Digər tərəfdən, seriya modeli sadəcə olaraq şou-kardan bəzi dizayn həllərini götürə bilər. Daha ətraflı məlumat təqdimatdan öncə açıqlana bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.