Rivian şirkəti ciddi problemlər ilə üzləşib. Ötən il istehsalçı 57 232 elektrik avtomobili istehsal edib ki, bu da əvvəlki illə müqayisədə 135% çoxdur. Bununla belə, Rivian 2023-cü ili 5,43 milyard dollar ziyanla başa vurub! Bu, keçən illə müqayisədə (6,75 milyard) az olsa da, hələ də gözləntilərdən uzaqdır.

Fevral ayında şirkətin rəhbəri Robert Skəric, 2024-cü il üçün istehsal proqnozlarının pisləşməsi səbəbindən işçi qüvvəsinin 10% ixtisar ediləcəyini bildirib. Şirkət, alıcıların və investorların rəğbətini geri qaytarmaq üçün, vəziyyəti yaxşılaşdıracaq yeni modellərin təqdimatını keçirib.

Eyni zamanda iki yeni elektromobil təqdim olunub: Rivian R2 və R3. Ən vacib yenilik Tesla Model Y krossoveri ilə rəqabət aparacaq R2 krossoveridir.Yeni Rivian öz form-faktoruna görə Tesla krossoverindən köklü şəkildə fərqlənir və daha brutal imicə malikdir.

Bununla belə, qiymət baxımında hər iki avtomobil çox yaxın olmalıdır: Model Y hazırda ABŞ-da 43,990 dollardan (subsidiyalar və endirimlər hesaba alınmadan) başlayan qiymətlərlə satılır, Rivian R2 modelinin qiyməti isə, ən azı 45,000 dollar olacaq.

Vizual olaraq, R2 modeli Rivian R1S modelinin kiçildilmiş variantıdır: həm nisbətlər, həm də ön hissədəki işıqlandırılan “burun dəlikləri” kimi bütün firma xüsusiyyətləri qorunub saxlanılıb. 2017-ci ildən bütün Rivian modellərinin xarici görünüşü üzərində baş dizayner Ceff Hammud işləyir, ona görə də mövcud üslubu daha yığcam avtomobilə uyğunlaşdırmaq onun üçün çətin olmayıb.

Ölçü baxımından Rivian R krossoveri Mercedes-Benz GLC və ya BMW X3 modellərinin sinif yoldaşıdır: onun uzunluğu 4715 millimetr, eni - 1905 millimetr, hündürlüyü - 1699 millimetr, təkər bazası isə, 2935 millimetrdir. 

Krossoverin klirensi 249 millimetr, giriş bucağı 25 dərəcə, çıxış bucağı isə 27 dərəcədir. Damın arxa ucuna iki hissəli spoyler inteqrasiya olunub, arxa yan şüşələr isə, açılandırlar, baxmayaraq ki, Rivian modelində üçüncü cərgə yoxdur - o, ciddi şəkildə beş yerlidir.

Bütün oturacaqlar düz döşəməyə qatlanaraq yataq yerlərini təşkil edirlər. İnteryer minimalistikdir, ön paneldə yalnız iki ekran var və heç bir analoq düyməsi yoxdur, ancaq iki əlcək qutusu var – mərkəzi konsoldakı ikinci qutu ənənəvi yerdədir və aşağı açılır.

R2 yeni elektrik platformasına əsaslanır. Bir tərəfdən o, köhnə R1S/R1T modellərində olduğundan daha sadədir: pnevmatik balonların əvəzinə yaylar, ön tərəfdə isə, ikiqollu asqının əvəzinə McPherson dayaqları quraşdırılıb.

Digər tərəfdən, yeni platforma üşün 4695 silindrik formalı hüceyrələrdən (diametri 46 millimetr, hündürlüyü 95 millimetr) ibarət olan qabaqcıl dartma batareyası bəyan edilib. Onlar Tesla elektromobilindəki 4680 hüceyrədən daha böyükdür və yüksək enerji mübadiləsi üçün nəzərdə tutulub. Lakin elektrik hissə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Rivian R2 bir, iki və ya üç elektrik mühərriki ilə təklif olunacaq. Birinci halda, ötürmə yalnız arxa oxadır, digər iki modifikasiya isə, tam ötürməlidir. Üçmühərrikli top versiyada bir mühərrik ön oxu fırladır, digər iki mühərrik isə, arxa təkərlərdə quraşdırılır.

Belə Rivian R2 modeli 60 mil/saat ( 97 km/saat) həddinə üç saniyəyə sürətlənəcək. Dolu batareya ilə yürüş məsafəsi 480 kilometri keçəcək, lakin digər parametrlər hələlik dərc edilməyiblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rivian R2 modelinin istehsalına yalnız 2026-cı ilin birinci yarısında başlamaq planlaşdırılır. Hətta bunun üçün istehsal meydançası da yoxdur: əvvəllər elan edilmiş Corcia ştatındakı yeni zavodun (ildə 400 min avtomobil istehsal gücünə malik) tikintisinə belə başlanmayıb.

Lakin yeni modellərin təqdimatı vəziyyətin yaxşılaşacağına ümid verib: son iki gündə Rivian şirkətinin səhmləri 16% bahalaşıb. Üstəlik, 100 dollar məbləğində geri qaytarılan beh qoymaqla R2 krossoverini sifariş etmək olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.